Çində kömür mədənində baş vermiş qəzada 5 nəfər ölüb

Çində kömür mədənində baş vermiş qəzada 5 nəfər ölüb

Çinin şimalındakı Şansi əyalətindəki kömür mədənində baş vermiş qəza beş nəfərin ölümünə səbəb olub, daha iki nəfər isə itkin düşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, olay bazar ertəsi Pekin vaxtı ilə saat 22:45-də (Bakı vaxtı ilə 18:45) Çjunyan qəzasında vaqe olub. Televiziyanın məlumatına görə, kömür bunkerində çökmə baş verib.

Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.