Lukaşenko İsveç, Finlandiya, Almaniya və Qırğızıstandakı səfirləri işdən çıxarıb

Lukaşenko İsveç, Finlandiya, Almaniya və Qırğızıstandakı səfirləri işdən çıxarıb

Belarusun İsveç, Finlandiya, Almaniya və Qırğızıstandakı səfirləri tutduqları vəzifələrdən azad edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.

“Dmitri Leonidoviç Mironçik Belarus Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri və Norveç Krallığında ştatdankənar səfiri Aleksey İvanoviç Samosuyev Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən azad edilsin. O, Finlandiya və Danimarka Krallığında səfir təyin edilsin”, – deyə fərmanda deyilir.

Fərmana əsasən, Denis Sidorenko Belarusun Almaniya Federativ Respublikasındakı səfiri, Andrey Straçko isə Qırğızıstandakı səfiri vəzifələrindən azad edilib.