Çində kömür mədəni çöküb, ölənlər var

Çində kömür mədəni çöküb, ölənlər var

Çinin Şansi əyalətindəki kömür mədənində çökmə baş verib.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə itkin düşüb.

Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.