DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.

Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

21:35

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt başa çatıb.

"Report"un məlumatına görə, görüşdə hesab açılmadığından qalibi penaltilər seriyası müəyyənləşdirəcək.

20:57

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb.

20:52

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt oynanılacaq.

"Report"un məlumatına görə, buna səbəb qarşılaşmanın əsas vaxtında hesabın açılmamasıdır.

Komandalar 1/4 finala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

20:03

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

19:46

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

19:00

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:42

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Messi DÇ-2022-nin ən yaxşı futbolçusudur

Messi DÇ-2022-nin ən yaxşı futbolçusudur

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İran və ABŞ yığmalarının start “11-lik”ləri bəlli olub

DÇ-2022: İran və ABŞ yığmalarının start “11-lik”ləri bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Portuqaliya millisi İsveçrə ilə oyunda fasiləyə üstün yollanıb

DÇ-2022: Portuqaliya millisi İsveçrə ilə oyunda fasiləyə üstün yollanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib

DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İspaniya və Mərakeş yığmaları ilk “11-lik”lərini açıqlayıblar

DÇ-2022: İspaniya və Mərakeş yığmaları ilk “11-lik”lərini açıqlayıblar

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: 1/8 finalın daha bir iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın daha bir iştirakçısı bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022-nin ən sərrast hücumçusu bəlli olub

DÇ-2022-nin ən sərrast hücumçusu bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İsveçrə və Kamerun yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: İsveçrə və Kamerun yığmalarının start heyətləri bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
İngiltərə millisinin baş məşqçisi istefaya göndərilməyəcək

İngiltərə millisinin baş məşqçisi istefaya göndərilməyəcək

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb

DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
İspaniya millisinin baş məşqçisi məğlubiyyətə görə üzr istəyib

İspaniya millisinin baş məşqçisi məğlubiyyətə görə üzr istəyib