Polşa ABŞ-dən ərazisindəki Amerika əsgərlərinin sayını artırmağı istəyəcək

Polşa ABŞ-dən ərazisindəki Amerika əsgərlərinin sayını artırmağı istəyəcək

Polşa ABŞ-dən ərazisindəki Amerika qoşunlarının sayını artırmağı istəməyi planlaşdırır.

“Birxeber.Az” “Rmf24” radiostansiyasına istinadən xəbər verir ki, Polşa rəhbərliyinin planları ölkənin Milli Təhlükəsizlik Şurasının iclasından sonra məlum olub.

Milli Təhlükəsizlik Şurasının iclası ölkə Prezidento Andjey Duda və Baş nazir Donald Tuskun ABŞ-yə martın 12-nə planlaşdırılan birgə səfəri öncəsi çağırılıb.

Radiostansiyanın məlumatına görə, görüşün mətbuata qapalı hissəsində Duda Polşanın amerikalılardan üç şey – daha çox amerikalı əsgər, Ukrayna ordusu üçün daha çox hərbi texnika və Donald Trampın NATO-nun bütün məğzinə tərs gələn seçkiöncəsi bəyanatlarının boş sözlər olmasına dair zəmanət istədiyini deyib.

Bunun müqabilində Polşa alyans ölkələri üçün ÜDM-in 3 %-ni (indiki kimi 2%-ni deyil) müdafiə ehtiyaclarına ayırmaq təşəbbüsü ilə çıxış edə bilər. Bundan əlavə, Polşa öz ərazisində ABŞ-nin etom elektrik stansiyasının tikintisinə dair çoxmilyardlıq sövdələşmənin maliyyələşdirilməsinə zəmanət verə, həmçinin ABŞ hakimiyyətini Amerika silahlarının böyük həcmdə alışlarının davam edəcəyinə əmin edə bilər.