Konqoda yol qəzasında 18 nəfər ölüb

Konqoda yol qəzasında 18 nəfər ölüb

Konqo Demokratik Respublikasının cənub-şərqində toy mərasimindən qayıdan şəxslər qəzaya düşüb.

APA xəbər verir ki, bu barədə “Actualite” xəbər portalı məlumat yayıb.

Haut-Katanqa əyalətində baş verən qəzada mikroavtobus və yük maşını toqquşub.

Qəzada 18 nəfər həlak olub, altı nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yük maşınının sürücüsü magistral yolda sürət həddini aşıb.