Azərbaycana yeni avtomobillərin çatdırılmasında problemlər var

Azərbaycana yeni avtomobillərin çatdırılmasında problemlər var

Xarici zavodlarda Azərbaycana tədarük edilməsi üçün istehsal olunmuş avtomobillərin ölkəyə çatdırılmasında problemlər var.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdən daşımalarda boş konteynerlər tapmaq çətinləşib: "Logistika şirkətləri daşımalarda problemlər yaşadıqları üçün təklif qəbul etmək istəmirlər. Təklifi qəbul edən şirkətlər isə əvvəlki vaxtlarla müqayisədə baha xidmət göstərirlər. Bir tərəfdən logistika xərcləri getdikcə artdığı, digər tərəfdən isə zavodların özlərində də qiymət artımı baş verdiyi üçün daxili bazarda yeni avtomobillər bahalaşrır".

E.Əliyev logistika probleminin 2-ci əl avtomobil bazarındakı qiymətlərə də təsir etdiyini deyib: "Əvvəllər belə maşınları fərdi şəxslər gətirirdisə, hal-hazırda onların da daşınmalarını böyük şirkətlər təşkil edir. Həmin şirkətlər isə Şərqi Asiya ölkələri ilə yanaşı, Almaniya və ABŞ-dan da maşınlar gətirirlər".

Daşıma şirkətlərindən isə bildirilib ki, son bir 1 ildə bir avtomobilin çatdırılma xərci 1 000 - 1500 ABŞ dollarından 1 500 - 3 000 ABŞ dollara yüksəlib: "Tələbatın çox olması, konteynerlərin azlığı istər-istəməz qiymətləri artırır. Məsələn, hazırda Kaliforniya və ya Vaşinqtondan daşımalar 2500 ABŞ dollarına başa gəlir. Koreyadan avtomobil tədarükü isə ABŞ-la müqayisədə bahadır. Ötən il 2 min dollara gətirilən avtomobil bu il 2 800-2 900 dollara çatdırılır. Xaricdən avtomobillərin gətirilməsi adətən 2-3 ay çəkir".

Biznes Biznes
KOBİA sədri Türkiyə holdinqinin rəsmisi ilə görüş keçirib

KOBİA sədri Türkiyə holdinqinin rəsmisi ilə görüş keçirib

Biznes Biznes
Çin Azərbaycandan 20 milyon dollarlıq şərab sifariş edib

Çin Azərbaycandan 20 milyon dollarlıq şərab sifariş edib

Biznes Biznes
Postmüharibə dövründə 9 min Vətən Müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü özünüməşğulluğa cəlb edilib

Postmüharibə dövründə 9 min Vətən Müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü özünüməşğulluğa cəlb edilib

Biznes Biznes
Ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib

Ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib

Biznes Biznes
İdman-tarixi filmi “Tek Yürek İmalat-ı Harbiye” “CinemaPlus”da

İdman-tarixi filmi “Tek Yürek İmalat-ı Harbiye” “CinemaPlus”da

Biznes Biznes
Azərbaycan və Özbəkistan imzaladıqları Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə edib

Azərbaycan və Özbəkistan imzaladıqları Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə edib

Biznes Biznes
Cari ilin 3 ayında Naxçıvanda bank, kredit təşkilatları 66,8 milyon manat kredit verib

Cari ilin 3 ayında Naxçıvanda bank, kredit təşkilatları 66,8 milyon manat kredit verib

Biznes Biznes
Dövlət Vergi Xidmətinin heyətinin vəzifə maaşları yeni redaksiyada təsdiq edilib

Dövlət Vergi Xidmətinin heyətinin vəzifə maaşları yeni redaksiyada təsdiq edilib

Biznes Biznes
Ötən il KOB-lara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb

Ötən il KOB-lara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb

Biznes Biznes
Aİ 2035-ci ildən benzin və dizellə işləyən yeni avtomobillərin satışını qadağan edəcək

Aİ 2035-ci ildən benzin və dizellə işləyən yeni avtomobillərin satışını qadağan edəcək

Biznes Biznes
Azərbaycan-Çexiya Qarışıq Komissiyasının 5-ci iclası keçirilib

Azərbaycan-Çexiya Qarışıq Komissiyasının 5-ci iclası keçirilib

Biznes Biznes
Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 3 dəfə artıb

Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 3 dəfə artıb