Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - YENİLƏNİB

Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - YENİLƏNİB

Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Kənd sakinlərinin "Report"un Qərb bürosuna verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində hevyandarlıq və əkinlə məşğul olub.

Ailənin 3 övladı var.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir.

14:29

Gədəbəydə qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, rayonun Şəkərbəy kəndi ərazisində 1990-cı il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

HADİSƏ HADİSƏ
Suraxanıda “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlanıb 

Suraxanıda “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlanıb 

HADİSƏ HADİSƏ
DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”

DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”

HADİSƏ HADİSƏ
Qazaxda 80 yaşlı kişi intihar edib

Qazaxda 80 yaşlı kişi intihar edib

HADİSƏ HADİSƏ
Qızılağac Milli Parkındakı yanğın tam söndürülüb

Qızılağac Milli Parkındakı yanğın tam söndürülüb

HADİSƏ HADİSƏ
Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti su kanalında aşkarlanıb

Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti su kanalında aşkarlanıb

HADİSƏ HADİSƏ
Bakıda gecə satlarında atışma: Cavan oğlanı ov tüfəngi ilə...

Bakıda gecə satlarında atışma: Cavan oğlanı ov tüfəngi ilə...

HADİSƏ HADİSƏ
Laçında 842 kq çətənə bitkisi məhv edilib

Laçında 842 kq çətənə bitkisi məhv edilib

HADİSƏ HADİSƏ
Bakıda qırmızı işıqda keçən sürücü qəza törədib

Bakıda qırmızı işıqda keçən sürücü qəza törədib

HADİSƏ HADİSƏ
Gəncədə itkin düşən 16 yaşlı qız tapılıb - YENİLƏNİB

Gəncədə itkin düşən 16 yaşlı qız tapılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
FHN-in xilasediciləri ayağı sınmış qadını üçüncü mərtəbədən aşağı düşürüb - VİDEO

FHN-in xilasediciləri ayağı sınmış qadını üçüncü mərtəbədən aşağı düşürüb - VİDEO

HADİSƏ HADİSƏ
Azərbaycanda məşhur falçı həbs edildi

Azərbaycanda məşhur falçı həbs edildi

HADİSƏ HADİSƏ
Astarada su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib

Astarada su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib