Ağdam klubu “Bayer”-“Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib

Ağdam klubu “Bayer”-“Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib

Ağdam klubu “Bayer” - “Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib.

Klubdan "Birxeber.Az"a bildirilib ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.

Biletin qiyməti 31 manat təşkil edir.

Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlərimiz üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.

Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.