İsrail HƏMAS üzərində tam qələbə çalmaq üzrə olduğunu açıqlayıb

İsrail HƏMAS üzərində tam qələbə çalmaq üzrə olduğunu açıqlayıb

İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq yoluna qədəm qoyub.

“Report” xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.

“Biz tam qələbə çalmaq yolundayıq. Ən sonuncularına qədər gedəcəyik”, - israili diplomat HƏMAS rəhbərliyini nəzərdə tutaraq deyib.

O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri Fələstin hərəkatında dördüncü mühüm şəxsi öldürüblər, HƏMAS-ın birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”.

Qeyd edək ki, martın 7-də İsrailin Baş naziri döyüş zonasını genişləndirməyi planlaşdırdıqlarını açıqlayıb. O, Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini əlavə edib.