İranda Novruz şənlikləri zamanı səkkiz nəfər ölüb, 338 nəfər yaralanıb

İranda Novruz şənlikləri zamanı səkkiz nəfər ölüb, 338 nəfər yaralanıb

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən təşkil edilən şənliklərdə səkkiz nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Fevralın 20-dən martın 11-dək "Çərşənbə Suri" (Norvuz) bayramının qeyd edilməsi ilə bağlı baş verən hadisələr nəticəsində 338 nəfər yaralanıb, onlardan səkkiz nəfəri ölüb", - məlumatda deyilir.

Qeyd olunur ki, 28 nəfər əzalarını itirib, 159 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 113 nəfər isə gözündən yanıq xəsarəti alıb.

Hazırda 11 nəfər xəstəxananın reanimasiya şöbəsindədir.

İranda Nouruz bayramı, baharın gəlişi ilə əlaqədar şənliklər 2-3 həftə əvvəldən başlayır.