Hindistanlı alimlər “Agni-5” ballistik raketini uğurla sınaqdan keçiriblər

Hindistanlı alimlər “Agni-5” ballistik raketini uğurla sınaqdan keçiriblər

Hindistan alimləri “Agni-5” ballistik raketini uğurla sınaqdan keçiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Narendra Modi bildirib.

Baş nazir, raketin sınağı və ya performansı barədə ətraflı məlumat verməyib.

Bildirilib ki, Hindistan “Agni” ailəsinə aid bir neçə növ raket hazırlayıb. Məlumata görə, 10 min km-ə qədər uçuş məsafəsi və sualtı qayıqdan buraxıla bilən “Agni-6” raketi də hazırlanır.