Azərbaycan şirkətlərinin Yaponiyada "Expo 2025" sərgisində iştirakı müzakirə olunub

Azərbaycan şirkətlərinin Yaponiyada "Expo 2025" sərgisində iştirakı müzakirə olunub

2025-ci ilin aprel-oktyabr aylarında Yaponiyanın Osaka şəhərində baş tutacaq "Expo 2025" sərgisində Azərbaycan şirkətlərinin geniş iştirakı müzakirə olunub.

“Report” xəbər verir ki, müzakirələr İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə həyətinin "FOODEX Japan 2024" sərgisi ilə bağlı Tokio şəhərinə səfəri çərçivəsində Yaponiyanın Xarici Ticarət Təşkilatında (JETRO) görüşü zamanı aparılıb.

Görüşdə qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycanın investisiya və ixrac imkanları qarşı tərəfin diqqətinə çatdırılıb, JETRO-nun qlobal və Yaponiya ofisləri ilə bu xüsusda məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.