Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı eyni zamanda bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğulayıb, eyni zamanda bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.

Dövlət başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Dövlət başçısı Azərbaycan Prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Daha sonra Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtılə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.

Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.

11:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xarici siyasət Xarici siyasət
Mövlud Çavuşoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Mövlud Çavuşoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xarici siyasət Xarici siyasət
Nazir müavini: "Azərbaycan xilasediciləri var gücləri ilə çalışır ki, möcüzələr yaradaq"

Nazir müavini: "Azərbaycan xilasediciləri var gücləri ilə çalışır ki, möcüzələr yaradaq"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və ərəb ölkələri beynəlxalq platformalarda səyləri əlaqələndirir

Azərbaycan və ərəb ölkələri beynəlxalq platformalarda səyləri əlaqələndirir

Xarici siyasət Xarici siyasət
ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycana gəlib

Xarici siyasət Xarici siyasət
ABŞ Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş insidentə münasibət bildirib

ABŞ Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş insidentə münasibət bildirib

Xarici siyasət Xarici siyasət
Olaf Şolts: "Almaniya Dağlıq Qarabağı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu"

Olaf Şolts: "Almaniya Dağlıq Qarabağı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu"

Xarici siyasət Xarici siyasət
"Prezidentin Vətən müharibəsindəki müstəsna rolu bizi daha böyük qələbələrə aparacaq" - RƏY

"Prezidentin Vətən müharibəsindəki müstəsna rolu bizi daha böyük qələbələrə aparacaq" - RƏY

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında çıxış edib - YENİLƏNİB-2

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında çıxış edib - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
ABŞ-da Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir keçiriləcək

ABŞ-da Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir keçiriləcək

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib"

Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib"

Xarici siyasət Xarici siyasət
Səfirlik: Cənubi Koreyada izdihamda ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Səfirlik: Cənubi Koreyada izdihamda ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Qırğız Respublikasının Türkiyədəki səfirləri görüşüb

Azərbaycan və Qırğız Respublikasının Türkiyədəki səfirləri görüşüb