MM-in komitə sədri: "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq"

MM-in komitə sədri: "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq"

"Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq".

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orcu parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O xatırladıb ki, Türkiyə Prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlanmasından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək şərtinin üçtərəfli görüşlər olduğunu deyib:

"Dövlət rəhbərlərinə yaxın yüksək ranqlı bir məmurun Ankara və Bakının İrəvanla birbaşa təmaslara keçməsini söyləməsi vasitəçilərin planlarını pozmağın tək yoludur. Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazlarda hökmranlıq gərəkdir. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir".

Komitə sədri qeyd edib ki, Hollandiya və Fransa parlamentlərinin qərarlarını heç Ermənistan özü qəbul etməyib:

"Günün birində Cozef Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir. İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir. Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində plankanı aşağı salmalıyıq, əks halda onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, lakin nəticədə davamlı sülh əldə edəcəyik" sözlərini xatırlatmaq kifayətdir. Belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab Əliyevin və Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür".

Z.Oruc bildirib ki, danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur:

"Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər. 6 oktyabrda Praqada Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk sınaq oldu. Özü də üç dövlət rəhbərinin kənar vasitəçilərə ehtiyacının olmadığını tarix də sübut edir. 1921-ci ildə Atatürk, Nərimanov və Lukaşinin tapşırığı ilə yüksək təmsilçilər dəfərlərlə görüşüb Qars müqaviləsini hazırlamışdılar. Türkiyə olmasa da Heydər Əliyevlə Köçaryan 1999-cu ildə sərhəddə görüşmüşdülər. Ona görə regionda barış üçün təşəbbüsləri xarici mərkəzlər linç edir. Milli informasiya məkanımıza yüzlərlə xəbər və kontentlərlə gündəmi formalaşdıran onlarla casus şəbəkələri var. Bir sözlə, Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur".

Milli Məclis Milli Məclis
Ötən il Azərbaycanda pornoqrafik materialları, əşyaları qanunsuz yaymağa görə 5 fakt aşkarlanıb

Ötən il Azərbaycanda pornoqrafik materialları, əşyaları qanunsuz yaymağa görə 5 fakt aşkarlanıb

Milli Məclis Milli Məclis
Azərbaycanda mikro, kiçik va orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb

Azərbaycanda mikro, kiçik va orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb

Milli Məclis Milli Məclis
Nazir müavini: "Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir"

Nazir müavini: "Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir"

Milli Məclis Milli Məclis
“Ana harayı” abidəsi ziyarətinin rəsmi protokola daxil edilməsi təklif olunur

“Ana harayı” abidəsi ziyarətinin rəsmi protokola daxil edilməsi təklif olunur

Milli Məclis Milli Məclis
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclis Milli Məclis
Rüfət Quliyev: "Kino çəkmək üçün ayrılan pulla ancaq cizgi filmi çəkmək olar"

Rüfət Quliyev: "Kino çəkmək üçün ayrılan pulla ancaq cizgi filmi çəkmək olar"

Milli Məclis Milli Məclis
ADNSU rektoru: "2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb"

ADNSU rektoru: "2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb"

Milli Məclis Milli Məclis
Milli Məclisin deputatları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib

Milli Məclisin deputatları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib

Milli Məclis Milli Məclis
Ziyafət Əsgərov: “Yeni qanun layihəsi çoxpartiyalı sistemin təşəkkül tapmasına kömək olacaq”

Ziyafət Əsgərov: “Yeni qanun layihəsi çoxpartiyalı sistemin təşəkkül tapmasına kömək olacaq”

Milli Məclis Milli Məclis
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının rəhbəri olacaq deputatların adları açıqlanıb

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının rəhbəri olacaq deputatların adları açıqlanıb

Milli Məclis Milli Məclis
Deputat: "Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

Deputat: "Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

Milli Məclis Milli Məclis
DSMF-nin sərbəst vəsaitləri və gəlirlərinin MB-də saxlanması barədə layihə ilk oxunuşda qəbul olunub

DSMF-nin sərbəst vəsaitləri və gəlirlərinin MB-də saxlanması barədə layihə ilk oxunuşda qəbul olunub