Mişustin hökumətə Azərbaycanla razılaşmaların icrasına nəzarət etməyi tapşırıb

Mişustin hökumətə Azərbaycanla razılaşmaların icrasına nəzarət etməyi tapşırıb

Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva ilə Bakı arasında razılaşmaların necə yerinə yetirilməsinə diqqətlə nəzarət etməyi tapşırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Nəzarət etdiyiniz istiqamətlərdə azərbaycanlı həmkarlarımızla əldə olunan razılaşmaların necə icra olunduğuna diqqətlə izləyin”, - Mişustin bildirib.

Xatırladaq ki, ötən həftə Rusiyanın Baş naziri Azərbaycanda səfərdə olub və həmkarları ilə iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Onun Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşləri zamanı enerji, sənaye, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, əczaçılıq sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.