Türkiyədəki Premyer Liqa turnirində Azərbaycanın 8 karateçisi mübarizə aparacaq

Türkiyədəki Premyer Liqa turnirində Azərbaycanın 8 karateçisi mübarizə aparacaq

Türkiyənin Antalya şəhərində keçiriləcək karate üzrə Premyer Liqa turnirində Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.

“Report”un Dünya Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.

Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq) Tural Ağalarzadə (67 kq),Turqut Həsənov (84 kq), həmçinin Renata Ərəbli (61 kq), Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) mübarizə aparacaq.

Qeyd edək ki, yarış martın 15-17-də təşkil olunacaq.