Tokayev: Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində tərəfdaşdırlar

Tokayev: Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində tərəfdaşdırlar

Bugünkü tədbir Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacaq.

“Report”un məlumatına görə, bunu Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləmə mərasimində deyib.

O qeyd edib ki, Avrasiya kontinenti nəqliyyat-logistika karkası formalaşıb:

“Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində, əlbəttə ki, nəqliyyat-logistika üzrə tərəfdaşdırlar. Bu gün danışıqlar əsnasında məhz təkcə bizim ölkələri deyil, həm də yaxınlıqdakı bir çox dövlətləri birləşdirən bu sahədən çox bəhs etdik”.