Boks üzrə Avropa çempionu güllələnərək öldürülüb

Boks üzrə Avropa çempionu güllələnərək öldürülüb

Boks üzrə Avropa çempionu Besar Nimani güllələnərək öldürülüb.

“Report”un “Der Spiegel” nəşrinə istinadən məlumatına görə, hadisə Almaniyanın Bilefeld şəhərində baş verib.

38 yaşlı sabiq boksçu bərbərdən çıxdıqdan sonra evinə gedərkən şəhərin mərkəzində silahlı toqquşma zamanı aldığı xəsarət nəticəsində ölüb. Polis araşdırmalara başlasa da, hələ ki, heç bir şübhəli saxlanılmayıb.

Maraqlıdır ki, Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.

Qeyd edək ki, Kosovo vətəndaşı olan Besar Nimani 1997-ci ildə Almaniyaya köçüb. Boksçu Avropa çempionu titulunu və Beynəlxalq Boks Federasiyasının qitələrarası kəmərini qazanıb. Nimani 2019-cu ildə karyerasını bitirib.