Yeni istifadəyə verilən penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Yeni istifadəyə verilən penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Bu gün Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunan müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olmaq üçün mediatur təşkil olunub.

"Birxeber" xəbər verir ki, mediaturda Pentensiar Xidmətin rəis müavini, General Oqtay Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, Ombudsman Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Millət Vəkili Hicran Hüseynova, hüquq müdafiəçiləri və mətbuat nümayəndələri iştirak edib.

Ombudsman Səbinə Əliyeva bildirib ki, bu müəssisələrdə dünyada mövcud olan beynəlxalq standartlara riayət olunub: "Burada böyük kitabxana, peşə məktəbi var. Bu da məhkumların gələcəkdə cəmiyyətə uyğunlaşması üçün şərait yaradacaq".

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova vurğulayıb ki, inşa edilən yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib: "Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı vardır. Peşə məktəbində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir".

İdarə rəisi qeyd edib ki, yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub: "Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar vardır. Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir".

Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov ədliyyə və penitensiar xidmətdə həyata keçirilən islahatlardan danışıb.

Sonda məhkumlar üçün ədəbi-bədii hissə təşkil edilib.

Qeyd edək ki, bu müəsissələrdə 426 qadın, tərbiyə müəssisəsində isə 21 yetkinlik yaşına çatmayan uşaq məhkum saxlanılır.

Daxili siyasət Daxili siyasət
Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Daxili siyasət Daxili siyasət
Prezident Səfa Mirzəyevi təltif edib

Prezident Səfa Mirzəyevi təltif edib

Daxili siyasət Daxili siyasət
Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycana daxil olan zaman PCR testi tələb olunmayacaq

Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycana daxil olan zaman PCR testi tələb olunmayacaq

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzalayıb

Daxili siyasət Daxili siyasət
MTM-in sorğusuna görə Çağrı mərkəzləri zəif işləyən qurumlar açıqlama verib

MTM-in sorğusuna görə Çağrı mərkəzləri zəif işləyən qurumlar açıqlama verib

Daxili siyasət Daxili siyasət
Ombudsman ermənilərin Kəlbəcərdə mina yerləşdirməsi ilə bağlı açıqlama yayıb

Ombudsman ermənilərin Kəlbəcərdə mina yerləşdirməsi ilə bağlı açıqlama yayıb

Daxili siyasət Daxili siyasət
Komitə sədri: “Böyük qayıdış”ı təmin etmək üçün davamlı işlər aparılır”

Komitə sədri: “Böyük qayıdış”ı təmin etmək üçün davamlı işlər aparılır”

Daxili siyasət Daxili siyasət
"Tunel qətliamı”nın şahidləri Kəlbəcərə səfər edib

"Tunel qətliamı”nın şahidləri Kəlbəcərə səfər edib

Daxili siyasət Daxili siyasət
Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılışında iştirak edib

Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılışında iştirak edib

Daxili siyasət Daxili siyasət
Şəhid xanımlarına dəstək layihəsi həyata keçirilib 

Şəhid xanımlarına dəstək layihəsi həyata keçirilib 

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: "Ağalı kəndinin sakinləri artıq bu il orada yaşayacaqlar"

Azərbaycan Prezidenti: "Ağalı kəndinin sakinləri artıq bu il orada yaşayacaqlar"

Daxili siyasət Daxili siyasət
Xaçmazda üç nazirliyin iştirakı ilə yanğınlara qarşı müşavirə keçirilir

Xaçmazda üç nazirliyin iştirakı ilə yanğınlara qarşı müşavirə keçirilir