Qubernator: “Kurskda aerodroma PUA hücumu zamanı yanğın olub”
“Rusiyanın Kursk vilayətində aerodroma PUA hücumu nəticəsində yanacaq anbarında yanğın olub”.
“Birxeber.Az” RBK-ya istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoy bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilib ki, hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyət göstərir.