Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimləri Türkiyədə səfərdə olublar

Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimləri Türkiyədə səfərdə olublar

Türkiyənin Ali Məhkəməsi (Yargıtay) ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri və apellyasiya instansiyası məhkəmələrinin Mülki kollegiya sədrlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olublar.

Bu barədə "Birxeber.Az"a Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Türkiyənin Baş prokuroru Bəkir Şahin tərəfindən qəbul edilib.

Daha sonra vərəsəlik, əsassız varlanma, mənəvi ziyanın tutulması, ər-arvadın ümumi əmlakının bölünməsi, habelə mülki hüququn digər sahələri ilə bağlı məhkəmə təcrübəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini və Ümummilli Lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsini ziyarət ediblər.