ABŞ səfiri Azərbaycanı Ramazan ayının başlanması münasibətilə təbrik edib

ABŞ səfiri Azərbaycanı Ramazan ayının başlanması münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) müqəddəs Ramazan ayının başlanması münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edib.

“Birxeber.Az” xəbər verir ki, səfirin təbriki diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.

“Azərbaycanda müqəddəs Ramazan ayını qeyd edən hər kəsə sevinc, əmin-amanlıq və bərəkət arzulayıram”, - paylaşımda qeyd edilib.