Ordubadda maşın çaya aşıb, 3-ü bir ailənin üzvü olmaqla, 4 nəfər xəsarət alıb - FOTO

Ordubadda maşın çaya aşıb, 3-ü bir ailənin üzvü olmaqla, 4 nəfər xəsarət alıb - FOTO

Ordubadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.

1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayına aşıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıb.

Xəsarət alanların 4-ü də Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.