Kristina Doroş: "Visa" üçün Azərbaycan strateji əhəmiyyət kəsb edir

Kristina Doroş: "Visa" üçün Azərbaycan strateji əhəmiyyət kəsb edir

"Visa şirkəti üçün Azərbaycan strateji əhəmiyyət kəsb edən bir bazardır".

"APA-Economics" xəbər verir ki, bunu Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.

O bildirib ki, dövlət və özəl sektorları təmsil edən tərəfdaşlarla birlikdə Visa artıq 27 ildir ki, Azərbaycanda innovativ ödəmə texnologiyalarını işləyib tətbiq edir: "Məsələn, son illər ərzində Visa şirkəti, Apple Pay və Google Pay ödəmə həllərinin tətbiqi üçün infrastrukturu yaratmağa imkan verən Visa Token Service texnologiyasını, eləcə də B2B Connect həllini, dəmir yolunda təmassız ödənişləri və bir çox digər yenilikləri ölkəyə təqdim edib".

Kristina Doroş əlavə edib ki, 2024 ildə böyük məmnuniyyətlə Azərbaycanda artıq ikinci Visa Nağdsız Forumunu toplantısını təşkil edir: "Əminəm ki, ölkənin iqtisadiyyatını inkişaf etdirməyə, innovativ həlləri və texnologiyaları tətbiq etməyə davam etmək üçün tədbirimiz təcrübələrin, biliklərin, yeni çözümlərin mübadiləsi üçün uğurlu bir platformaya çevriləcək.”