Stoltenberq: İsveç 200 illik neytrallıqdan sonra tarixin ən güclü hərbi alyansına qoşulur

Stoltenberq: İsveç 200 illik neytrallıqdan sonra tarixin ən güclü hərbi alyansına qoşulur

"İsveç 200 illik neytrallıqdan sonra tarixin ən güclü hərbi alyansına qoşulur".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İsveçin bayrağının NATO-nun baş qərargahında qaldırılması ilə bağlı mərasimdən əvvəl İsveç Baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"İsveç NATO stolu ətrafında öz haqlı yerini aldı. Bu gündən İsveç NATO-nun qalxanı altında olacaq və müqavilənin 5-ci bəndi İsveç üçün də aktivləşir. İsveçin NATO-ya qoşulması bu ölkənin təhlükəsizliyi və şimal regionun stabilliyi üçün yaxşıdır", - Stoltenberq deyib.

Stoltenberq vurğulayıb ki, İsveç NATO-nun uzunmüddətli tərəfdaşı olub və indi alyansın müttəfiqi olacaq. NATO Baş katibi İsveçin yüksək səviyyəli hərbi imkanlara, hazırlıqlı hərbi qüvvələr malik olduğunu vurğulayaraq NATO-nun imkanlarına töhfə verəcəyini deyib.