Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq

Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq

Belarus ordusunun hissə və bölmələrinin döyüş hazırlığının yoxlanışı başlayıb.

APA “Belta”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyi açıqlayıb ki, yoxlanış çərçivəsində hərbi texnika və şəxsi heyət müəyyən olunmuş yerlərə hərəkət edərək, döyüş atışları icra edəcək.

Bu səbəbdən avtomobil yollarında və yoxlanışların keçiriləcəyi ərazilərin bəzi hissələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Lamiyə Şirinova