Azərbaycan şahmatçısı: Moskvadakı turnirdə praktika çatışmazlığını hiss edirdim

Azərbaycan şahmatçısı: Moskvadakı turnirdə praktika çatışmazlığını hiss edirdim

Bu turnirdən əvvəl 4 aydan çox heç bir klassik yarışda iştirak etməmişdim və oyunlarda praktika çatışmazlığını daim hiss edirdim.

Bunu "Birxeber.Az"a açıqlamasında Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024”də 17-ci yeri tutan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.

18 yaşlı qrossmeyster qarşılaşmaların istədiyi kimi alınmadığını bildirib: "Turnirin son qalibi kimi bu yarışda oynamaq üçün çox motivasiyalı idim və məqsədim bu uğuru yenidən təkrarlamaq idi. Əfsuslar olsun ki, görüşlər istədiyim kimi olmadı və mükafatçılar sırasında yer almadım. Zəif və güclü tərəflərimi artıq daha yaxşı bilirəm və bu yarışda oynamağın mənə gələcəkdə çox şey qazandıracağını düşünürəm. İlin ilk sınağı istədiyim kimi olmasa belə, növbəti turnirlərin daha yaxşı keçəcəyinə ümid edirəm və bunun üçün çalışıram".