Nazirlik: Bakıda 160 avtobus zolağı olmalıdırsa, hazırda 60-dır

Nazirlik: Bakıda 160 avtobus zolağı olmalıdırsa, hazırda 60-dır

“Bakıda 120-yə qədər skuter stansiyalarının olması gözlənilir. Həmən stansiyalarda skuter, velosiped yerləşdiriləcək ki, insanlar istifadə edə bilsin”

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, bu sahədə iş gedir.

Rəhman Hümmətov qeyd edib ki, avtobus zolaqları ilə bağlı iş gedir: “Bu gün bizim 160 avtobus zolağımız olmalıdırsa, hazırda bu say 60-dır. İndiki şəraitdə bizdə ciddi avtobus çatışmazlığı var. İndi əsas məqsədimiz mövcud avtobuslardan istifadə etmək və onların tıxacda qalmamasıdır”.