Kreml Roma Papasının Ukrayna ilə bağlı açıqlamalarına münasibət bildirib

Kreml Roma Papasının Ukrayna ilə bağlı açıqlamalarına münasibət bildirib

Kremlin sözçüsü Dmitri Peskov Roma Papası Fransiskin Ukrayna ilə bağlı danışıqların zəruriliyi haqda açıqlamalarına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə danışıqların lehinə çıxış etdiyini, lakin Kiyevin bu cür təmasın mümkünlüyünü qəti şəkildə inkar etdiyini xatırladıb.

Kremlin sözçüsü Ukraynanın Qərb ölkələrinin Rusiyanın məğlubiyyəti ilə bağlı bəyanatlarına arxalandığını və bunun dərin səhv olduğunu qeyd edib.

Qeyd edək ki, Roma Papası Fransisk Ukrayna münaqişəsində uduzan tərəfin “ağ bayraq qaldırmağa cəsarət” tapmalı və danışıqlara razılıq verməli olduğunu söyləyib.