Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir.

"Birxeber.Az" xəbər verir ki, iki qardaş ölkənin hərbçiləri təlimlərin dekabrın 5-də reallaşdırılan növbəti mərhələsində planda nəzərdə tutulan tapşırıqları həyata keçiriblər.

Qeyd edək ki, Bakı və Ankara arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimləri keçirilir.

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar birgə təlmiləri izləmək üçün dekabrın 5-də Azərbaycana səfərə gəlib.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

HƏRBİ HƏRBİ
Azərbaycan MN: "Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

Azərbaycan MN: "Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

HƏRBİ HƏRBİ
NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib

NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

HƏRBİ HƏRBİ
Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir

Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir

HƏRBİ HƏRBİ
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

HƏRBİ HƏRBİ
İran SQ-nin Baş Qərargah rəisi Azərbaycanla sərhədə qoşun yığılması barədə məlumatın əsassız olduğunu bəyan edib

İran SQ-nin Baş Qərargah rəisi Azərbaycanla sərhədə qoşun yığılması barədə məlumatın əsassız olduğunu bəyan edib

HƏRBİ HƏRBİ
Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub

HƏRBİ HƏRBİ
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyi: "Bu ay azad edilmiş ərazilərdə 950 hektardan çox ərazi minalardan tam təmizlənib"

Müdafiə Nazirliyi: "Bu ay azad edilmiş ərazilərdə 950 hektardan çox ərazi minalardan tam təmizlənib"

HƏRBİ HƏRBİ
"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi keçirilib

"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi keçirilib

HƏRBİ HƏRBİ
Qanunsuz erməni silahlı dəstələrinin 30-dək texniki müşahidə vasitəsi sıradan çıxarılıb

Qanunsuz erməni silahlı dəstələrinin 30-dək texniki müşahidə vasitəsi sıradan çıxarılıb

HƏRBİ HƏRBİ
"Azərbaycanın regionda sülh və təhlükəsizliyə təhdid yaradan maneələri aradan qaldırmaq hüququ var" - RƏY

"Azərbaycanın regionda sülh və təhlükəsizliyə təhdid yaradan maneələri aradan qaldırmaq hüququ var" - RƏY