İlham Əliyev Hulusi Akarı qəbul edib, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri müzakirə olunub

İlham Əliyev Hulusi Akarı qəbul edib, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirilib, əlaqələrin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulanıb. Bu baxımdan, hazırda ölkədə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edilib. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib.

Azərbaycana səfərinin ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar ulu öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğulayıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərin inkişafında rolu xüsusi olaraq qeyd edilib və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulanıb.

Hulusi Akarın ölkəyə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xarici siyasət Xarici siyasət
Cahit Bağçı: "Bu günədək Azərbaycandan Türkiyəyə 100-ə yaxın konteyner göndərilib"

Cahit Bağçı: "Bu günədək Azərbaycandan Türkiyəyə 100-ə yaxın konteyner göndərilib"

Xarici siyasət Xarici siyasət
Sandra Qrujikic: "Serbiya-Azərbaycan əlaqələri dostluq və əməkdaşlıq münasibətlərinə dayanır"

Sandra Qrujikic: "Serbiya-Azərbaycan əlaqələri dostluq və əməkdaşlıq münasibətlərinə dayanır"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Xarici siyasət Xarici siyasət
Beynəlxalq ekspert: “Ermənistan xarici tədbirlərin təhlükəsiz keçirilməsini təmin edə bilməz”

Beynəlxalq ekspert: “Ermənistan xarici tədbirlərin təhlükəsiz keçirilməsini təmin edə bilməz”

Xarici siyasət Xarici siyasət
Rumıniya Baş nazirinin sabiq müavini: “İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz bizi və Avropanı xilas etdi”

Rumıniya Baş nazirinin sabiq müavini: “İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz bizi və Avropanı xilas etdi”

Xarici siyasət Xarici siyasət
Latviya Azərbaycanla Ermənistan arasında sülh prosesində beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıdır

Latviya Azərbaycanla Ermənistan arasında sülh prosesində beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıdır

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "İranda hər kəs, bütün dairələr anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək"

İlham Əliyev: "İranda hər kəs, bütün dairələr anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək"

Xarici siyasət Xarici siyasət
Ərdoğan: “Türkiyə və Azərbaycanı kimsə bir-birindən ayıra bilməz”

Ərdoğan: “Türkiyə və Azərbaycanı kimsə bir-birindən ayıra bilməz”

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN başçısı: "Qoşulmama Hərəkatının fəal iştirakçısı olmağa davam edəcəyik"

Azərbaycan XİN başçısı: "Qoşulmama Hərəkatının fəal iştirakçısı olmağa davam edəcəyik"

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

Xarici siyasət Xarici siyasət
Aİ Şurasının Prezidenti: "Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

Aİ Şurasının Prezidenti: "Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

Xarici siyasət Xarici siyasət
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb

Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb