Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıb

Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıb

Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və Almaniya səfirlərini nazirliyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin mətbuat xidməti məlumat yayıb.

Onlara Ukrayna nümayəndə heyətinin tərkibində bəzi cinayət işləri üzrə qiyabi məhkum olunmuş respublikanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Berlin və Brüsselə səfərindən narahatlıq çatdırılıb.

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer ilə də görüş keçirilib, məsələ ilə bağlı Gürcüstan tərəfinin narahatlığı rəsmi şəkildə bildirilib.

Səfirlərə izah edilib ki, bu, Gürcüstan cəmiyyətində narahatlığa səbəb olur və anti-Qərb təbliğatı ilə effektiv mübarizəyə kömək etmir.

Görüşdə Avropa İttifaqının və təşkilata üzv ölkələrin belə məsələlərə layiqli reaksiya verəcəyinə ümidvar olduqları bildirilib. Səfirlər, öz növbəsində, respublikanın Aİ-yə sonrakı inteqrasiyası üçün Gürcüstanla həm birtərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər.