“Kəpəz”in növbəti ev oyununu harada keçirəcəyi müəyyənləşməyib

“Kəpəz”in növbəti ev oyununu harada keçirəcəyi müəyyənləşməyib

“Kəpəz”in Azərbaycan Premyer Liqasında növbəti ev oyununu harada keçirəcəyi hələ müəyyənləşməyib.

Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

Klub rəsmisi bildirib ki, komandanın bundan sonrakı qarşılaşmalarda rəqiblərini harada qəbul edəcəyi dəqiqləşməyib: “Baş məşqçinin də iştirakı ilə rəhbərlik səviyyəsində müəyyən stadionlarla bağlı müzakirələr aparılır. Hələ ki, 1-2 variant var, amma yekun qərar verilməyib. Qarşıdakı turdan sonra çempionatda fasilə yaranacaq. Yəqin ki, fasiləyə qədər ev matçımızı harada keçirəcəyimiz bilinəcək”.

Mətbuat katibi Gəncəyə yaxın olan və təbii ot örtüyünə malik stadiona üstünlük vermək istədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Kəpəz” bu mövsüm rəqiblərini Gəncə, Tovuz və Qəbələ şəhər stadionlarında qəbul edib. Gəncə təmsilçisi növbəti ev görüşünü XXVIII turda “Qarabağ”a qarşı keçirəcək.