Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

09.23

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.