Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə 50 nəfər xəsarət alıb

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə 50 nəfər xəsarət alıb

Sidneydən Yeni Zelandiyanın Oklend şəhərinə uçan Çili təyyarəsində baş vermiş texniki nasazlıq nəticəsində azı 50 nəfər xəsarət alıb.

APA “The Associated Press” ə istinadən xəbər verir ki, LATAM Hava Yollarının bəyanatında təyyarədə "güclü hərəkət" olduğu bildirilib, lakin hadisənin detalları paylaşılmayıb.

Məlumata görə, təyyarə Oklendə endikdən sonra 50-yə yaxın sərnişinə təcili tibbi yardım göstərilib, 13 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Lamiyə Şirinova