Deputat: Taksilərin tənzimlənməsi ilə bağlı işlər aparılmalıdır

Deputat: Taksilərin tənzimlənməsi ilə bağlı işlər aparılmalıdır

“Taksilərin tənzimlənməsi ilə bağlı işlər aparılmalıdır. İstanbulda 2024-cü ildə 18400 , Bakı və Abşeron yarımadasında isə 60 minə yaxın taksi fəaliyyət göstərib”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, say müəyyənləşdirilməlidir: “Bakı üçün nə qədər taksi yetərli olduğu hesablanmalıdır. Əvvəllər taksi ilə 80 qəpiyə də getmək mümkün idi, bu biabırçılıq idi. İndi qiymət 2 manat 50 qəpiyə qaldırılıb. Taksinin xərcləri də var. Taksiyə alternativ ictimai nəqliyyatı irəli sürürük. Ortaya ciddi tətbiqlər qoymalıyıq. Bu tətbiqlə insanlara seçim verilməlidir. Hər kəsin əlində tətbiq olarsa, avtobus, ictimai nəqliyyata təşviq olunacaq. bu tətbiqdə avtobusun saat neçədə dayanacaqda olması cədvəl şəklində insanlara təqdim edilməlidir. İstanbulun metrobus təcrübəsi də öyrənməlidir. Sumqayıt, Dərnəgül kimi ərazilərdə metrobuslar rahat şəkildə hərəkət edə bilərlər. Müəyyən istiqamətlər var ki, metrobus faydalı ola bilər”.