Rusiyada prezident seçkilərində 1,4 milyondan çox insan vaxtından əvvəl səs verib

Rusiyada prezident seçkilərində 1,4 milyondan çox insan vaxtından əvvəl səs verib

Fevralın 25-dən bəri Rusiyada keçirilən prezident seçkilərində 39 regionda 1,4 milyondan çox insan vaxtından əvvəl səs verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Kommisiyasının sədri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının prezident seçkilərində onlayn səsvermədə iştirak etmək üçün artıq 4,5 milyon nəfər, daha 4,05 milyon nəfər isə yerləşdiyi yer üzrə müraciət edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.