Ermənistanda Aİ-nin müşahidə missiyasının avtomobili qəzaya düşüb

Ermənistanda Aİ-nin müşahidə missiyasının avtomobili qəzaya düşüb

Avropa İttifaqının (Aİ) Ermənistanda mülki missiyasının müşahidəçiləri avtomobil qəzasına düşüb.

Birxeber.Az “Shamshyan.com” xəbər portalına istinadən xəbər verir ki, qəza bu gün səhər baş verib.

Avtomobil qəzası ölkənin Sünik vilayətində, Tatev-Ltsen avtomobil yolunun 13-cü kilometrliyində baş verib.

Məlumata əsasən, müşahidəçiləri aparan “Nissan Pathfinder” markalı avtomobil idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb, qaya parçasına çırpılaraq aşıb. Baş verən qəzada xəsarət alan və ölən yoxdur.

Qəza zamanı avtomobildə Avstriya vətəndaşı olan sürücü, 2 polşalı müşahidəçi olub.