"NEQSOL Holding"in menecerləri Liderlik Səyahəti proqramını uğurla bitirib

"NEQSOL Holding"in menecerləri Liderlik Səyahəti proqramını uğurla bitirib

"NEQSOL Holding"in 55 meneceri liderlik bacarıqlarını inkişaf etdirmək və təkmilləşdirmək məqsədini daşıyan bir illik Liderlik Səyahəti proqramını uğurla bitirib.

Liderlik Səyahəti proqramının iştirakçıları il ərzində həm əyani təlimlər və qrup kouçinq sessiyalarında iştirak edib, həm də holdinqin "NEQSOL Academy" rəqəmsal təlim və ünsiyyət platforması vasitəsilə liderlik sahəsində ekspertlərin eksklüziv materiallarından faydalanıb.

“Liderlik potensialının inkişafı "NEQSOL Holding"in strategiyasında və inkişafında mühüm yer tutur. Bu istiqamətdə "NEQSOL Academy"nin imkanlarından istifadə edərək Liderlik İnkişafı proqramlarına üstünlük veririk. Komandanın liderlik bacarıqlarının daha da güclənməsi, holdinqin gələcək inkişafı üçün yeni imkanlar yaradır”, - "NEQSOL Holding"in İnsan Kapitalı üzrə Baş direktoru Meriç Tunç sertifikatların təqdimatı mərasimindən sonra bildirib.

Liderlik Səyahəti proqramı məzmununu zənginləşdirən və rəqəmsal olaraq təkmilləşdirən tanınmış "K2C Danışmanlık" və "CrossKnowledge" şirkətləri ilə birgə həyata keçirilir. Holdinqin müxtəlif ölkələrdə və sahələrdə 250 menecerinin Liderlik Səyahəti proqramında iştirak etməsi nəzərdə tutulub.

"NEQSOL Holding" səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Biznes Biznes
Sahib Ələkbərov Naftalanda vətəndaşları qəbul edib

Sahib Ələkbərov Naftalanda vətəndaşları qəbul edib

Biznes Biznes
Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

Biznes Biznes
Azərbaycanda bu il 8 beynəlxalq sərgi keçiriləcək

Azərbaycanda bu il 8 beynəlxalq sərgi keçiriləcək

Biznes Biznes
Azərbaycanın qeyri-neft ixracı 23 %-dək artıb

Azərbaycanın qeyri-neft ixracı 23 %-dək artıb

Biznes Biznes
Dövlət Vergi Xidməti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Vergi Xidməti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Biznes Biznes
DGK: "Sahibkarlara gömrük borcunu avans hesabından ödəməyə şərait yaradılacaq"

DGK: "Sahibkarlara gömrük borcunu avans hesabından ödəməyə şərait yaradılacaq"

Biznes Biznes
Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində 15 Azərbaycan şirkətinin məhsulları nümayiş olunur

Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində 15 Azərbaycan şirkətinin məhsulları nümayiş olunur

Biznes Biznes
Nicat İmanov: "Biznes üçün vergi dərəcələrinin optimallaşdırılması nəzərdə tutulur"

Nicat İmanov: "Biznes üçün vergi dərəcələrinin optimallaşdırılması nəzərdə tutulur"

Biznes Biznes
“Yeni Qarabağnamə” kitabı təqdim edilib

“Yeni Qarabağnamə” kitabı təqdim edilib

Biznes Biznes
Fuad Nəcəfli: "Naxçıvanda sahibkarlara verilən kreditlərin məbləği 2,2 dəfə artıb"

Fuad Nəcəfli: "Naxçıvanda sahibkarlara verilən kreditlərin məbləği 2,2 dəfə artıb"

Biznes Biznes
Azərbaycanla Tacikistan KOB subyektlərinin əməkdaşlığını təşviq edəcək

Azərbaycanla Tacikistan KOB subyektlərinin əməkdaşlığını təşviq edəcək

Biznes Biznes
Nazirlər Kabineti investisiya təşviqi sənədinə malik sahibkarlara dair qərar verib

Nazirlər Kabineti investisiya təşviqi sənədinə malik sahibkarlara dair qərar verib