Sabahdan metronun "28 May" stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq

Sabahdan metronun "28 May" stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq".

Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.