Sədr müavini: Rəqəmsal Sənəd Dövriyyəsi ilə 500 mindən çox vərəqə qənaət edilib

Sədr müavini: Rəqəmsal Sənəd Dövriyyəsi ilə 500 mindən çox vərəqə qənaət edilib

2024-cü ilin birinci rübündə 500 mindən çox vərəqə qənaət edilib.

APA-Economics”in xəbərinə görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müavini Rəşad Xaliqov 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Rəqəmsal Sənəd Dövriyyəsi ilə bağlı əsas hədəf digər dövlət qurumlarının, bir neçə özəl subyektin altsistemə inteqrasiyasına nail olmaqdır.

Cari ilin ilk rübünə dair hədəflərdən danışan R.Xaliqov bildirib ki, bu müddətdə Məlumatlandırma (Citizen İnbox) və Geniş Axtarış (Advanced Search) sistemi formalaşdırılır.