Beynəlxalq Avtovağzalın qarşısında və Aeroport yolunda qəza olub, sıxlıq yaranıb - FOTO

Beynəlxalq Avtovağzalın qarşısında və Aeroport yolunda qəza olub, sıxlıq yaranıb - FOTO

Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında və Aeroport şosesi, “Buta Palace”ın yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəzalar səbəbindən metronun “20 Yanvar” stansiyası və Hava limanı istiqamətlərində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.