“Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb

“Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniya “Bayer 04”ü öz rekordunu təkrarlayıb.

“Report”un məlumatına görə, komanda Bundesliqanın XXV turunda “Volfsburq”u 2:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

Xabi Alonsonun kollektivi cari mövsüm ölkə çempionatında qələbə sayını 21-ə yüksəldərək, 2001/2002 mövsümündəki göstəricisinə çatıb. Leverkuzenlilər daha bir qələbə təqdirində yeni klub rekorduna imza atacaqlar.

Qeyd edək ki, martın 14-də doğma meydanda “Qarabağ”la qarşılaşacaq “Bayer 04” Bundesliqada növbəti oyununu ayın 17-də “Frayburq”a qarşı keçirəcək.