İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb, 80 min insan evakuasiya olunub

İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb, 80 min insan evakuasiya olunub

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və sürüşmə qurbanlarının sayı 26 nəfərə çatıb.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Xilasetmə Əməliyyatları Mərkəzi (BNPB) məlumat yayıb.

Məlumata görə, xilasedicilər hələ də 11 nəfəri axtarır.

Qeyd edək ki, 80 min insan evakuasiya olunub.