Yusif Abdullayev: "Azərbaycanla Cənubi Koreyanın ticarət dövriyyəsinin artması üçün imkanlar var"

Yusif Abdullayev: "Azərbaycanla Cənubi Koreyanın ticarət dövriyyəsinin artması üçün imkanlar var"

2023-cü ildə Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsinin dəyəri 430 milyon ABŞ dolları olub, amma bu rəqəmin artırılması üçün imkanlar var.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Cənubi Koreyadan ölkəmizə alıcı missiyası çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.

"Ticarətimizin əsas hissəsini Azərbaycanın Cənubi Koreyadan idxalı təşkil edir. Bu ölkədən daha çox avtonəqliyyat vasitələri gətirilir. Azərbaycanla Cənubi Koreya arasında iqtisadi əməkdaşlıq üçün turizm sahəsi də önəmlidir. İki ölkə arasında vaxtilə çarter reysləri olub. Bu reyslərin bərpası turizmin inkişafına töhfə verə bilər. Çox sevindiricidir ki, bu gün Cənubi Koreyadan Azərbaycana alıcı missiyası təşkil edilib. Ümid edirik ki, bu qarşı tərəfin investisiyalarını artırmasına səbəb olacaq",-deyə o qeyd edib.