Moskvada ev yanıb, bir ailənin 3 üzvü ölüb

Moskvada ev yanıb, bir ailənin 3 üzvü ölüb

Rusiya paytaxtında fərdi yaşayış evində baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın Moskvanın Novofedorovski küçəsində qeydə alınıb.

Yanğın sahəsi 100 kvadratmetr olub. Ölən ata, ana və altı yaşlı uşağın meyitləri dağıntılar təmizlənərkən tapılıb.