Gürcüstan Baş nazirinə Rusiya ilə əlaqələr üzrə müşavir təyin edilib

Gürcüstan Baş nazirinə Rusiya ilə əlaqələr üzrə müşavir təyin edilib

Giorgi Kacaya Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə müşaviri təyin edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

Daha əvvəl Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi olmuş Zurab Abaşidze Baş nazirin müşaviri təyin edilib.

Kobaxizde hökumət administrasiyasında da bir sıra kadr təyinatlarının olduğunu əlavə edib. Bildirib ki, Levan Jorjoliani hökumət administrasiyasının yeni rəhbəri təyin edilib.