Polis həftəsonu tapança, avtomat, qumbara və tank mərmisi götürüb

Polis həftəsonu tapança, avtomat, qumbara və tank mərmisi götürüb

Polis əməkdaşları həftəsonu tapança, avtomat, qumbara və tank mərmisi götürüblər.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 qumbara, 9 tüfəng, 2 patron darağı və 702 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 2 tüfəng, 7 patron darağı və 152 ədəd patron aşkar edilərək götürülüb.

Həmçinin, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkar edilib.