Yusif Abdullayev: AZPROMO işgüzar şuranın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcək

Yusif Abdullayev: AZPROMO işgüzar şuranın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) işgüzar şuranın fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır.

“Report” xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında deyib.

“Son 14-15 il ərzində biz Qazaxıstanla birlikdə 20-dən çox biznes forum keçirmişik. İşgüzar şuranın platformasını təkmilləşdirmək üçün təşkilati işləri gücləndirmək lazımdır. Üstəlik, şuranı qanuni qeydiyyatdan keçirmək də vacibdir. Bundan başqa, yeni şirkətlər şuraya qoşulmağa dəvət etməli, daha çox müəssisə cəlb etməliyik”, - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün platformanın istənilən imkanlarını müzakirə və istifadə etməyə hazırdır.